İlin ən yaxşı futbolçusu seçildi

ESTAFET/ “Real”ın yarımmüdafiəçisi Cud Bellingem 2025-ci ilin ən yaxşı ingiltərəli kişi futbolçusu adına layiq görülüb. 

Bu barədə İngiltərə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

22 yaşlı futbolçu azarkeşlər arasında keçirilən səsvermədə qalib gələrək “Arsenal”ın yarımmüdafiəçisi Deklan Rays və “Bayern”in hücumçusu Harri Keyni geridə qoyub.

Xatırladaq ki, ötən il bu mükafatı “Çelsi”nin oyunçusu Koul Palmer qazanmışdı.

Müəllif: Natiq NƏSİROV