Rusiyanın futbol üzrə yığması III MDB Oyunlarının qalibi oldu

ESTAFET/ Bu gün Qəbələ şəhər stadionunda III MDB Oyunları çərçivəsində futbol yarışları başa çatdı.

Final oyununda Azərbaycan (U-16) və Rusiya (U-16) yığmaları qarşılaşdı.

Gərgin mübarizə şəraitində keçən oyun Rusiya yığmasının 3:2 hesablı qələbəsi ilə yekunlaşdı. Rusiya millisinin heyətində Klim Denisov, İvan Kuzmin və Ratmir Lukyanov fərqləndilər. Azərbaycan millisinin heyətində isə Əli Bəşirov dublla yadda qaldı.

Beləliklə, Rusiya yığması III MDB Oyunlarında futbol turnirin qalibi oldu. Azərbaycan yığması gümüş, Belarus komandası isə bürünc medallara sahib çıxdı.

Müəllif: Bəhruz MƏMMƏDOV