Azərbaycan atletindən Şimali Makedoniyada gümüş medal

ESTAFET/ Azərbaycan yığmasının üzvü Anna Yusupova Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən marafon yarışında uğurlu çıxışla yadda qalıb.

Bu barədə federasiyadan məlumat verilib.

Atletimiz 02:48:10 nəticə ilə Balkan marafonunun gümüş medalını qazanıb. A.Yusupova bu göstərici ilə həmçinin Skopye marafonunun bürünc medalına sahib çıxıb.

Müəllif: Bəhruz MƏMMƏDOV