“Real” Arda ilə bağlı qərar qəbul etdi

ESTAFET/ “Real” rəhbərliyi 20 yaşlı türk hücumameylli yarımmüdafiəçisi Arda Gülərlə bağlı qərar qəbul edib.
Madrid klubu Gülərin gələcəyinə qoyuluş edir və qarşıdakı qış transfer pəncərəsində futbolçunun satışı ilə bağlı məsələyə qayıtmayacaq.
Əlavə edək ki, Gülər ispan mütəxəssis Xabi Alonsonun rəhbərlik etdiyi “qaymaqlılar”ın məşqçilər qərargahının etimadını qazanıb və tədricən komandanın əsas oyunçusuna çevrilir.
