GƏNCLƏR 4 MEDALLA KİFAYƏTLƏNDİ
ESTAFET/ Gənc cüdoçularımız daha bir sınaqdan çıxıb. Belə ki, Almaniyanın paytaxtı Berlində gənclər arasında Avropa kuboku keçirilib. Turnirə 16 cüdoçu (15 oğlan, 1 qız) ilə qatılan yığmamızın qəniməti 4 medal olub.
Komandamıza Hidayət Heydərov (73 kq) qızıl, Kəramət Hüseynov (55 kq) gümüş, Nəriman Əhmədov və Natiq Qurbanlı (hər ikisi 55 kq) isə bürünc medallar qazandırıblar.
Avropa Kubokunda ümumilikdə 38 ölkəni 524 idmançı (298 oğlan, 226 qız) təmsil edirdi.