Bakıda Millətlər Liqasının açılış mərasimi keçirilib

ESTAFET/ Bakıda amputant futbolu üzrə Millətlər Liqası turnirinin açılış mərasimi keçirilib.
Mərasim "Bayıl Arena"da baş tutub.
Tədbirdə AFFA rəsmiləri, C qrupunda mübarizə aparacaq ölkə təmsilçilərinin nümayəndələri və digər rəsmi qonaqlar iştirak ediblər.
Öncə Azərbaycanın Dövlət Himni səsləndirilib. Rəsmi çıxışlardan sonra isə tədbir bədii hissə ilə davam edib.
C qrupunun oyunlarına bu gün start veriləcək. 3 gün davam edəcək turnirdə 5 komanda – Azərbaycan, Belçika, İsrail, Ukrayna və Niderland milliləri mübarizə aparacaqlar.
C qrupunun bütün oyunları "Bayıl Arena"da keçiriləcək. Turnirin açılış matçında Azərbaycan millisi Belçika ilə üz-üzə gələcək.
