Yüksək Liqada növbəti oyunlar keçirilib

ESTAFET/ Qadın və kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyunlar keçirilib.
Hər iki çempionatda 2-ci turun qarşılaşmaları baş tutub.
Qadınların yarışında "Gəncə" "Murov Az Terminal"ı, kişilərin mübarizəsində isə "Xilasedici" "Ordu" kollektivini 3:0 hesabı ilə məğlub edib.
Matçlar müvafiq olaraq "Murov Az Terminal"ın və Fövqəladə Hallar Nazirliyinin idman zallarında reallaşıb.

