İNTİZAM KOMİTƏSİ QƏRARLARI AÇIQLADI
ESTAFET/ İntizam Komitəsinin AFFA-nın inzibati binasında bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub.
Topaz Premyer Liqasının VIII turunun "Səbail" - "Neftçi" matçının 85-ci dəqiqəsində "Neftçi" klubunun 10 №-li futbolçusu Derlis Meza Kolli ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin VIII turunun "Zirə" - "Kəpəz" matçında "Zirə" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur (maddə 40).
I Divizionun III turunun MOİK - "Şüvəlan" matçında MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
I Divizionun III turunun "Binə" - "Qaradağ Lökbatan" matçında "Qaradağ Lökbatan" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
I Divizionun III turunun "Turan Tovuz" - "Mil-Muğan" matçında "Turan Tovuz" və "Mil-Muğan" klublarının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunur (maddə 40).
Oyunun 71-ci dəqiqəsində "Mil-Muğan" klubunun 16 №-li futbolçusu Elməddin Məmmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).