Azərbaycanın qadın voleybol komandası İslam Həmrəyliyi Oyunlarının finalına yüksəldi

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası VI İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıb.
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən yarışda millimiz bu gün Əfqanıstan yığması ilə qarşılaşıb. Rəqibini 3:0 hesabı ilə məğlub edən komandamız üç qələbə ilə finala yüksəlib.
Noyabrın 13-də keçiriləcək final görüşündə Azərbaycan millisinin rəqibi Türkiyə yığması olacaq.
VI İslam Həmrəyliyi Oyunları
12 noyabr
Azərbaycan - Əfqanıstan 3:0 (25:7, 25:5, 25:9)

