“Qalatasaray” “Zenit”in müdafiəçisi ilə maraqlanır

ESTAFET/ “Qalatasaray” Sankt-Peterburq “Zenit”inin 28 yaşlı braziliyalı müdafiəçisi Nino ilə maraqlanır.
“Zenit” Ninonun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir, amma futbolçunun tamhüquqlu satışını nəzərdən keçirmir.
Vurğulanır ki, Nino ilə bağlı vəziyyəti Braziliya nəhəngləri “Kruzeyro”, “Fluminense” və “Vasko da Qama” izləyirlər.

