Azərbaycan millisi beynəlxalq turnirə qələbə ilə başladı

ESTAFET/ Azərbaycanın basketbolçu qızlardan ibarət U-16 millisi Belarusun sabiq idman və turizm naziri, ölkənin Milli Olimpiya Komitəsinin ilk prezidenti Vladimir Rıjenkovun xatirəsinə həsr olunan beynəlxalq turnirdə keçirdiyi ilk oyunda qələbə qazanıb.
Yığma ev sahibi Belarus ilə qarşılaşıb.
Görüş Azərbaycan komandasının 65:61 hesablı qələbəsi ilə nəticələnib.
Turnir dekabrın 7-dək davam edəcək.

