«Bəzən illər boyu yanımda olan insanın mənə yaxın olduğunu düşünərək yanıldığım olub» Rafael Ağayev

«Keçmişə qayıtmaq mümkün olsaydı, dost seçimində daha diqqətli olardım», -  dünyanın karate əfsanəsi Rafael Ağayev PODKAT layihəsində iştirakı zamanı öz həyat yolunu belə şərh edib. Rafael qeyd edib ki, bəzən uzun illər yanında olan insanlar barəsindədə yanılmaq mümkündür. O, həmçinin bildirdi ki, İrina Zaretskayanın dünya çempionatının bürünc medalı qazanması münasibəti ilə bəzi şəxslər təbrik edib paylaşmasalar da, bizim bayrağımızı qaldıran idmançını təbrik etmək öz vətandaş borcu olduğunu bildirib. Rafael sadə bir gənc olduğu dövrdə Fransadan olan rəqibindən dünya karate əfsanəsi titulunu necə aldığını danışıb. Məşhur idmançı tamaşaçılara əsl döyüşçünün hansı xarakterə malik olmalı olduğunu, həyəcanı (mondrajı) necə dəf etməyi, eləcə də motosikletlərə və digər idman növlərinə olan sevgisindən söz açıb. «Karate üzrə Avropa çempionu olduğum vaxt futbola keçmək istəyirdim», — deyə Rafael bu oyuna olan marağını belə ifadə edib.

Podkastın tam versiyasına link vasitəsilə baxa bilərsiniz.

https://www.youtube.com/watch?v=QUWeO2PuF_w

Müəllif: Bəhruz MƏMMƏDOV