WADA-nın 2026-cı il üçün Qadağan edilmiş maddələr siyahısı açıqlanıb

Ümumdünya Antidopinq Agentliyinin (WADA) 2026-cı il üçün açıqladığı Qadağan edilmiş maddələrin siyahısı 1 yanvar 2026-cı il tarixindən qüvvəyə minəcək.

Siyahı Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən Azərbaycan dilinə tərcümə olunub.

Qadağan edilmiş maddələrin siyahısı ilə yanaşı, əsas dəyişikliklərin xülasəsi və monitorinq proqramı da tərcümə edilərək AMADA-nın rəsmi internet səhifəsində yerləşdirilib.

Siyahı üç hissədən - hər zaman qadağan edilmiş maddələr və üsullar, yarış müddətində qadağan edilmiş maddələr və üsullar və müəyyən idman növlərində qadağan edilmiş maddələrdən ibarətdir.

2026-cı il üçün Qadağan edilmiş maddələrin siyahısı ilə aşağıdakı linkə keçid etməklə tanış ola bilərsiniz - https://www.amada.az/doping-nezareti/qadagan-edilmis/.

Müəllif: Bəhruz MƏMMƏDOV