Qol güləşçisi Təbriz Səfərov 24 ay müddətinə diskvalifikasiya edilib

Qol güləşçisi Təbriz Səfərov antidopinq qaydalarını pozduğuna görə 24 ay müddətinə diskvalifikasiya olunub.

"innews media"nın Azərbaycan Milli Antidopinq Agentliyinə (AMADA) istinadən verdiyi məlumata görə, idmançının götürülmüş nümunəsində qadağan edilmiş maddənin mövcudluğu və istifadəsi faktı aşkarlanıb. Bu səbəbdən Təbriz Səfərov barəsində antidopinq qaydalarına uyğun olaraq müvafiq sanksiya tətbiq edilib.

Müəllif: Bəhruz MƏMMƏDOV