“İdmançı elə davranmalıdır ki, ona bənzəmək istəsinlər”

ESTAFET/ “Əsas məsələ təkcə qalib gəlmək deyil, eyni zamanda gənc nəsil üçün canlı nümunə olmaqdır”.

Bunu “PODKAT” layihəsində iştirak edərkən Azərbaycanın Gənclər və İdman naziri Fərid Qayıbov bildirib. O qeyd edib ki, idmançı elə davranmalıdır ki, gənclər ona bənzəmək istəsinlər. Bu məqsədlə, hər il gənc nəslə idman mədəniyyətini təbliğ edən idman səfirləri təyin olunur. Nazir həmçinin milli çempionat zamanı futbol komandalarına azarkeş dəstəyinin vacibliyini vurğulayıb və nümunə kimi Niderlandın “Ayaks” klubunun azarkeşlərini göstərib. O bildirib ki, bu azarkeşlər mahnıları və ənənələri ilə turnirdən asılı olmayaraq daim komandalarının yanındadırlar. Fərid Qayıbov 2026-cı ildə Azərbaycanda keçiriləcək yarışlardan da danışıb və çıxışını uşaqlıqdan idmana olan sevgisinin necə yarandığına dair bir xatirə ilə yekunlaşdırıb.

“PODKAT” layihəsinin tam versiyasını aşağıdakı videodan izləyə bilərsiniz.

Müəllif: Bəhruz MƏMMƏDOV