19 YAŞLILARIN HEYƏTİ AÇIQLANDI
ESTAFET/ 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması oktyabrın 25-də, 28-də və 31-də Avropa çempionatının ilkin seçmə mərhələ oyunlarını keçiriəcək. Yığmamızın mübarizə aparacağı 4-cü qrupun oyunları Albaniyada təşkil olunacaq. Futbolçularımız ilk oyununu Ukrayna, ikinci qarşılamasını İspaniya, qrupun son matçını isə Albaniya komandasına qarşı keçirəcək. İlk iki oyun Bakı vaxtı ilə saat 14:00-da, son qarşılaşma isə saat 16:00-da başlayacaq.
Yığmamızın baş məşqçisi Vüqar Əsgərli seçmə mərhələ oyunları üçün Ayşən Əhmədova, Vüsalə Seyfətdinova, Rövşanə Sərdarlı (hamısı "Gənclik", Şəki), Cəmilə Hüseynova, Aytən İbadova (hər ikisi "Qubek", Balakən), Vüsalə Hacıyeva, Arzu Əliyeva (hər ikisi "Sumqayıt"), Nigar Abdulova ("Qəbələ"), Həqiqət Qasımova ("Təhsil", Bakı), Sudə Topçu, Öznur Tas (hər ikisi "1207 Antalya Döşəməaltı Bələdiyyə Spor", Türkiyə), Pəritan Bozdağ, Firəngiz Teymurova (hər ikisi "Konak Bələdiyyə Spor", Türkiyə), Dilgə Uyğun, Mərvə Özdemir (hər ikisi "Ayntraxt" Frankfurt, Almaniya), Nino Qurqenidze Martve ("Kutaisi", Gürcüstan), Muazəz Yağmur ("Özkumru Konak Bələdiyyə Spor", Türkiyə), Çağla Miray ("Kanpara Herta-03 Zehlendorf", Berlin,Almaniya), Ülkü Özdemir, Hatice Özdemirdən (hər ikisi "Montabaur", Almaniya) ibarət heyətə güvənəcək.