Qadınlar və kişilər arasında qar voleybolu üzrə ölkə kuboku başladı

Bu gün qar voleybolu üzrə qadınlar və kişilər arasında ölkə kubokuna start verilib. Şahdağ Turizm Mərkəzində təşkil olunan yarışın birinci günündə ümumilikdə qarşılaşma keçirilib.

Reqlamentə əsasən, qadın komandaları dairəvi, kişi komandaları isə olimpiya sistemi üzrə yarışırlar. Sabah kişilər arasında üçüncü yer uğrunda və final qarşılaşmaları keçiriləcək. Qadınların yarışında isə oyun olacaq və mükafatçılar turnir cədvəlinə əsasən müəyyənləşəcək.

Oyunlardan sonra mükafatlandırma mərasimi baş tutacaq.

Qeyd edək ki, ölkə kubokunda 5 qadın (“Gəncə”, “AZERRAIL”, “Milli”, “Milli-2” və “Qaraqaya”), 4 kişi komandası (“Gənclər”, “Qaraqaya”, “Baku Fires” və “AZERRAIL”) mübarizə aparır.

Oyunların nəticələri
24 yanvar
Qadınlar

“AZERRAIL” – “Milli-2” 2:0 (15:6, 16:14)

“Milli” – “Qaraqaya” 2:0 (15:7, 15:5)

“Qaraqaya” – “Gəncə” 0:2 (6:15, 7:15)

“Milli-2” – “Milli” 0:2 (9:15, 12:15)

“Milli” – “AZERRAIL” 2:1 (12:15, 15:8, 15:12)

“Gəncə” – “Milli-2” 2:0 (15:4, 15:3)

“Qaraqaya” – “AZERRAIL” 0:2 (5:15, 11:15)
 
Kişilər

“Qaraqaya” – “Gənclər” 2:1 (15:17, 22:20, 15:9)

“AZERRAIL” – “Bakı Fires” 2:0 (15:6, 15:11)

25 yanvar

Qadınlar

10:00. “Gəncə” - “Milli”

10:30. “Milli-2” - “Qaraqaya”

11:00. “AZERRAIL” - “Gəncə”

Kişilər

3-cü yer

11:30. “Gənclər” - “Baku Fires”

Final

12:00. “Qaraqaya” - “AZERRAIL”

Müəllif: Bəhruz MƏMMƏDOV