Avarçəkmə üzrə konsept trenajorda Federasiya Kubokunun qalibləri müəyyənləşib

Yanvarın 31-də Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası konsept trenajorda Federasiya Kuboku təşkil edib. “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilmiş yarışda Bakı və Mingəçevirdən 30-dan çox idmançı mübarizə aparıb.
23 yaşa qədər (U23) gənclərin 2000 metr məsafədə mübarizəsində
I Ziya Məmmədzadə birinci yer tutub
II Nurlan Paşayev ikinci
III Elnur Əliyev üçüncü olub.
2008-2009-cu il təvəllüdlü idmançılar arasında
I Azər İlyasov çempionluq sevinci yaşayıb
II Tunar Məmmədzadə ikinci
III İsabala Dadaşzadə üçüncü yerə layiq görülüb
2010-2013-cü il təvəllüdlü idmançıların yarışında
I Məhəmməd Həsənov məsafəni ən birinci başa vurub
II Gümüş medala Ruslan Fərəcov sahib olub
III Cavid Həbibli ilk üçlüyü tamamlayıb
Qızların yarışında ardıcıllıq belə olub.
I Fatimə Məhərrəmli qızıl
II Anna Korobkova gümüş
III Fatimə Ələsgərli bürünc medalla mükafatlandırılıb
Xatırladaq ki, konsept trenajor yarışları qapalı məkanda avarçəkmə üçün nəzərdə tutulan xüsusi idman qurğusunda keçirilir. Bu növ yarışlar dünyada geniş yayılıb. Ötən il Azərbaycanda ilk dəfə konsept trenajorda avarçəkmə yarışı keçirilib.

