RUSİYADAKI TƏMSİLÇİLƏRİMİZİN ÇIXIŞI

ESTAFET/ Azərbaycan milli komandasının oyunçuları Rusiya çempionatındakı çıxışlarını davam etdirirlər. Superliqanın 3-cü turun çərçivəsində Natalya Məmmədovanın "Dinamo-Kazan" komandası "Dinamo-Metan"ı 3:0 hesabıyla məğlub edib. Natalya bu oyunda 14 xal qazanıb.


Blok oyunçumuz Kseniya Poznyak oynadığı "Leninqradka" da cari turu uğurla başa vurub. Sankt-Peterburqun təmsilçisi səfərdə "Uraloçka"nı məğlub edib – 3:0, Kseniya isə aktivinə 6 xal yazdırıb.