TÜRKİYƏDƏKİ TƏMSİLÇİLƏRİMİZİN ÇIXIŞI

ESTAFET/ Azərbaycan yığmasının oyunçuları Türkiyə Superliqasının 2-ci turun çərçivəsində keçirilmiş matçlarda iştirak ediblər.


Hücumçu Polina Rəhimova "Fenerbahçe"nin "Halkbank"a qarşı 3:1 hesablı qələbəsinə sevinib, həmin oyunda 20 xal yığaraq, komandasının ən sərrast oyunçusu olub.


Millimizin kapitanı Odina Bayramova şərəfini qoruduğu "Seramiksan", 2-ci turda "Bursa BŞB" komandasıyla qarşılaşıb və 3:2 hesablı qələbə qazanıb. Bayramova aktivinə 18 xal yazıb.


Digər hücumçumuz Yana Kulan çıxış etdiyi "Beylikdüzü" çempionatının favoritlərindən sayılan "Vakifbank"a müqavimət göstərə bilsə də, məğlubiyyətlə üzləşib – 2:3. Kulan bu oyunda 31 xala imza atıb.