“Frayburq” yarımfinalda

ESTAFET/ Almaniya kubokunun növbəti yarımfinalçısı müəyyənləşib.
Bu gün 1/4 final mərhələsinin daha bir görüşü baş tutub.
“Herta” evdə “Frayburq”la qarşılaşıb. Penaltilər seriyasında qalib gələn “Frayburq” üçüncü yarımfinalçı olub.
Daha öncə “Bayer” və “Ştutqart” da yarımfinala çıxmışdı. Son oyun “Bayern”lə “Leypsiq” arasında sabah baş tutacaq.
Almaniya kuboku
1/4 final mərhələsi
10 fevral 2026
Herta – Frayburq 1:1 (penaltilər 4:5)
Qollar: Rise 104 : Suzuki 96.

