HƏSƏN VƏ AMİN DƏ YARIMFİNALDA!
ESTAFET/ Türkiyənin Antalya şəhərində gənc boksçular arasında keçirilən Avropa çempionatında 1/4 final mərhələsinə yekun vurulub. Mərhələnin son günündə millimizin daha 4 üzvü rinqə çıxıb. Onlardan ikisi yarımfinala yüksəlməklə, ən azı bürünc medalı da təmin ediblər.

İlk olaraq bunun öhdəsindən 49 kq-da döyüşən Həsən İbrahimov gəlib. O ukraynalı rəqibi Nikita Dineyevi böyük üstünlüklə məğlub edib və yarımfinala çıxıb.
 
Daha sonra rinqə Orxan Həsənov (56 kq) çıxıb. Lakin rus rəqibi Aleksey Kiselyovla bacarmayan Orxan mübarizəni medalın bir addımlığında dayandırıb.
 
75 kq çəki dərəcəsində döyüşən Amin Kuşxov fransız Moreno Fonderonuməğlub etməkdə çətinlik çəkməyib və yarımfinalda döyüşmək hüququ qazanıb.
 
Ən son rinqə çıxan boksçumuz İsmayıl Yaqubov (91 kq) olub. Gərgin keçən döyüşün yekununda hakimlər cüzi üstünlüklə qələbəni rumin boksçu Kristian Filipə veriblər.
 
Bununla da sabahdan başlayacaq yarımfinal döyüşlərində Azərbaycan 4 boksçu ilə təmsil olunacaq. Belə ki, dünən mərhələnin ilk günündə boksçularımnızdan Surət Qarayev (81 kq) və Məhəmməd Abdullayev də adlarını yarımfinala yazdırmağı bacarmışdılar.