Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
- Millimizin Millətlər Liqasındakı rəqibləri müəyyənləşdi
Millimizin Millətlər Liqasındakı rəqibləri müəyyənləşdi

ESTAFET/ UEFA Millətlər Liqasının 2026/2027-ci il mövsümünün püşkü atılıb.

Belçikanın paytaxtı Brüsseldə təşkil edilən püşkatmanın nəticəsinə görə D liqasında mübarizə aparacaq Azərbaycan millisinin rəqibləri müəyyənləşib.

Püşk zamanı birinci səbətdə yer alan millimiz 2-ci qrupda Litva və Lixtenşteyn yığmaları ilə qarşılaşacaq.

Millətlər Liqasında yeni mövsümə 2026-cı ilin sentyabrında start veriləcək.

Müəllif: Natiq NƏSİROV