Dekabrda vurulmuş ən yaxşı qolun müəllifi mükafatlandırıldı

ESTAFET/ I Liqada ötən ilin dekabrında vurulmuş ən yaxşı qolun müəllifi müəyyənləşib.

"Ayın qolu" layihəsi çərçivəsində "Səbail" klubunun üzvü Ruslan Voronsov mükafatlandırılıb.

Dekabrın ən yaxşı qolunun müəllifinə mükafatı 14-cü turun "Səbail" - "Şəfa" qarşılaşmasından əvvəl PFL-in Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev təqdim edib.

Müəllif: Bəhruz MƏMMƏDOV