I Liqa klubu heyətini anqolalı futbolçu ilə gücləndirdi

ESTAFET/ Azərbaycan I Liqasında çıxış edən "Şahdağ Qusar" heyətini anqolalı futbolçu ilə gücləndirib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayib.

Bölgə təmsilçisi son olaraq Finlandiyanın "Kokkolan" klubunda çıxış edən yarımmüdafiəçi Aqostinyo Çipesseni transfer edib.

O, karyerası ərzində Portuqaliyanın "Jil Visente", "Vilaverdense", "Vilanovenses" klublarında oynayıb. Futbolçu ilə "5 ay+1" illik müqavilə imzalanıb.

Müəllif: Əlyar ŞƏRİFOV