POLİNA 27, YANA 17, ODİNA 4 XAL QAZANDI - SULTANLAR LİQASI
ESTAFET/ Voleybol üzrə qadınlar arasında Türkiyə çempionatının (Sultanlar Liqasının) 3-cü turuna yekun vurulub.
Azərbaycan millisinin hücumçusu Polina Rəhimova şərəfini qoruduğu "Fenerbahçe" yığmamızın digər oyunçusu Yana Kulanın "Beylikdüzü" komandasının qonağı olub. "Fener"n 3:1 hesablı qələbəsiylə bitən oyunda Rəhimova və Kulan müvafiq olaraq 27 və 17 xal qazanıb, komandalarının ən sərrast oyunçuları olub.
Millinin kapitanı Odina Bayramova çıxış etdiyi "Seramiksan" səfər oyunda "Halkbank"a məğlub olub – 0:3. Bu oyunda Odina aktivinə 4 xal yazdırıb.
3 turdan sonra "Fenerbahçe" 1-ci, "Seramiksan" 6-cı, "Beylikdüzü" isə 12-ci sıradadır.