"Neftçi"nin əvəzedici komandasına üç legioner cəlb olundu

ESTAFET/ "Neftçi"nin əvəzedici komandasına 3 futbolçu transfer olunub.

Bu barədə klubun mətbuat xidmətindən bildirilib.

Qvineya əsilli belçikalı Mamadi Diavara, həmçinin nigeriyalılar – Fridom Danjuma İstifanus və Opeyemi Ezekel Oluvafemi ilə bu mövsümün sonunadək müqavilə bağlanıb.

Klubun istəyinə uyğun olaraq, hər üç futbolçu ilə anlaşmanın müddəti daha 2 il artırıla bilər.

19 yaşlı Diavaranın sonuncu klubu "Şalke 04" (Almaniya) klubunun U-19 komandası olub. 18 yaşlı İstifanus bunadək Nigeriyanın "Broad City", 19 yaşlı Oluvafemi isə "36 Lion" klubunda çıxış edib.

Müəllif: Orxan NOVRUZOV