Ankarada Diyadinlə əməkdaşlığa son verildi

ESTAFET/ Türkiyə Superliqasında çıxış edən "Genclerbirliyi" klubu baş məşqçisi ilə yollarını ayırıb.

Klubun rəsmi saytının xəbərinə görə, ankaralılar təcrübəli mütəxəssis Metin Diyadinlə əməkdaşlığa son qoyub.

Məlumata görə, qərar Superliqanın 22-ci turunda "Rizespor"la oyundan sonra verilib. Həmin görüşdə paytaxt klubu 2:0 hesabı ilə öndə olsa da, üstünlüyünü qoruya bilməyərək meydandan 2:2 hesablı heç-heçə ilə ayrılıb.

Xatırladaq ki, 57 yaşlı çalışdırıcı 2025-ci ilin dekabrında Volkan Demireli əvzələyib. O, bu qısa müddət ərzində çıxdığı oyunlarda 2 qələbə, 3 heç-heçə və 2 məğlubiyyət əldə edib.

Müəllif: Orxan NOVRUZOV