Tofiqin UFC-də növbəti rəqibi müəyyənləşdi

ESTAFET/ Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Tofiq Musayev UFC-nin Las-Veqas turnirində iştirak edəcək.

Bu haqda klubun yaydığı açıqlamada bildirilir.

İdmançımız ABŞ-da braziliyalı Samuel Sançeslə üz-üzə gələcək. Döyüş aprelin 4-də baş tutacaq. Qarşılaşma “UFC Apex” arenasında təşkil olunacaq.

Qeyd edək ki, Musayev UFC-də iyunun 21-də Bakıda debüt edib və məğlub olub.

Müəllif: Natiq NƏSİROV