Türk Dövlətlərinin Xizək Kuboku keçirilib

Türk Dövlətləri Təşkilatın dəstəyi və Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının birgə təşəbbüsü ilə Türk Dövlətlərinin Xizək Kuboku təşkil olunub.
Türkiyənin Uludağ Dağ Kuortunda keçirilən yarışda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstandan olan 100-ə yaxın xizək həskarı iştirak edib.
Sayca 2-ci dəfə təşkil olunan kubokda əvvəlcədən qeydiyyatdan keçən 18-25, 26-45, 46+ yaş kategoriyasında kişi və qadın idmançılar xizək idmanının “Nəhəng Slalom” növündə birincilik uğrunda mübarizə aparıblar.
Gərgin keçən yarışda 18-25 yaş kateqoriyasında qızlar arasında Sıla Kara (Türkiyə), oğlanlar arasında isə Aleksandr Cvetkov (Kazaxıstsan) birinci yerə layiq görülüb. 2-ci yerin sahibi isə Mahmut Kazanc (Türkiyə) olub .Muhammadali Asanov 3-cü yerdə qərarlaşıblar.
26-45 yaş kateqoriyasında qızlar arasında Nataliya Lapşina (Qazaxıstan) birinci, Elvira Zakarayeva (Azərbaycan) ikinci, Buse Terim (Türkiyə) üçüncü olub. Oğlanlar arasında isə Ceyhun Balametov (Azərbaycan) 1-ci, Metehan Taşdemir (Türkiyə) ikinci, Talip Gülle (Türkiyə) üçüncü yeri tutub.
46+ yaş kateqoriyasında Ali Akgül (Türkiyə) ali kürsüdə ilk yerdə qərarlaşıb. 2-ci və 3-cü yerləri isə Kamil Şar (Türkiyə) və Ömer Saraçer (Türkiyə) bölüşüblər.
Yarışın yekununda qaliblər kubok və medallarla təltif olunub, iştirakçılara müxtəlif həvəsləndirici hədiyyələr təqdim edilib.
Türk Dövlətlərinin Xizək Kubokunun keçirilməsinin əsas məqsədi türk xalqları arasında qiş idman növləri sahəsində qarşılıqlı əməkdaşlığı gücləndirmək, birgə yarışların keçirilməsini təşviq etmək və xizək idman növünü təbliğ etməkdir.
Qeyd edək ki, növbəti Türk Dövlətlərinin Xizək Kubokunun keçirilməsinə Qazaxıstan və Türkiyə öz namizədliyini irəli sürüb.

