Azərbaycanın daha bir cüdoçusu "Böyük Dəbilqə"nin qalibi oldu

ESTAFET/ Azərbaycanın daha bir cüdoçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb.

Ömər Rəcəbli (81 kq) finalda Abdul-Kerim Tasuyevi (Rusiya) məğlub edib.

Bu gün tatamiyə çıxan Kamran Süleymanov (73 kq), Fidan Əlizadə (63 kq) və Südabə Ağayeva (70 kq) isə medal şanslarını itiriblər.

"Böyük Dəbilqə" martın 1-də başa çatacaq. Ötən gün Əhməd Yusifov qızıl, Balabəy Ağayev (hər ikisi 60 kq) gümüş medal qazanıb.

Müəllif: Natiq NƏSİROV