KOMANDALARIMIZ ÜÇÜN SÜLH TURU: KAÇ-2017, III TUR
ESTAFET/ Xəbər verdiyimiz kimi, Yunanıstanın Krit adasında şahmat üzrə komandalararası Avropa Çempionatı davam edir. Azərbaycanın həm kişilər, həm də qadınlar arasında mübarizə aparacağı yarış noyabrın 6-dək davam edəcək.
Bu gün çempionatda 3-cü turun oyunları keçirilir. Ötən iki turda həm kişilər, həm də qadınlardan ibarət yığmalarımızın aktivində 1 qələbə və 1 məğlubiyyət var. Bu tur kişilər İspaniya, qadınlar isə Belarus şahmatçılarına qarşı oynayacaqlar.
KAÇ-2017: KİŞİLƏR, III TUR
İspaniya - Azərbaycan 2:2
David Quixarro (2651) - Şəhriyar Məmmədyarov (2791) 1:0
İvan Salqado (2629) - Teymur Rəcəbov (2741) 0,5:0,5
Oleq Korneyev (2557) - Arkadiy Naydiç (2702) 0:1
Xose Karlos Xerez (2561) - Rauf Məmmədov (2678) 0,5:0,5
KAÇ-2017: QADINLAR, III TUR
Belarus - Azərbaycan 2:2
Nastasiya Zazyulkina (2369) - Günay Məmmədzadə (2393) 0:1
Olqa Badelka (2353) - Zeynəb Məmmədyarova (2298) 1:0
Tatyana Revo (2097) - Ülviyyə Fətəliyeva (2348) 0:1
Yana İlyuçik (1992) - Gülnar Məmmədova (2385) 1:0