İdman federasiyaları arasında boulinq yarışı - kimlər qalib oldu?

“İdman həftəsi”nin 5-ci günü idman federasiyalarının əməkdaşları arasında keçirilən boulinq yarışı ilə yekunlaşıb. Gənclər və İdman Nazirliyi tərəfindən baş tutan tədbirdə 17 federasiyadan 58 nəfər iştirak edib.
“Gənclik Mall”da təşkil olunan yarışda qadınlar arasında Emiliya Mitrinova (Azərbaycan Karate Federasiya) birinci olub. Nərmin Sidaliyeva (Azərbaycan Futbol Federasiyaları Assosiasiyası) ikinci, Lamiyə Hüseyn (Azərbaycan Tennis Federasiyası) üçüncü yerdə qərarlaşıblar. Kişilər arasında Ədalət Məmmədov (Azərbaycan Bilyard Federasiyası), Eduard Məmmədov (Azərbaycan Kikboksinq Federasiyası), Yusif Əliyev (Azərbaycan Milli İdman Növləri Assosiasiyası) ilk üçlükdə yer alıblar.

