Kiçik idmançılardan böyük ruh - uşaq evləri arasında yarış keçirildi

Gənclər və İdman Nazirliyinin elan etdiyi “İdman həftəsi”nin 6-cı günündə uşaq evləri arasında əyləncəli atletika yarışı təşkil olunub. Bakı Atletika Mərkəzində keçirilən tədbirdə 6 uşaq evindən 48 uşaq iştirak edərək əsl idman ruhu nümayiş etdiriblər.

Yarışın nəticələrinə əsasən, birinci yeri Şəki şəhəri 6 saylı Uşaq Evi sosial xidmət müəssisəsi qazanıb. Lənkəran şəhəri Osman Mirzəyev adına 5 saylı Uşaq Evi sosial xidmət müəssisəsi ikinci, Gəncə şəhəri 4 saylı Uşaq Evi sosial xidmət müəssisəsi isə üçüncü yeri tutublar.

Müəllif: Bəhruz MƏMMƏDOV