Azərbaycan Gimnastika Federasiyası memorandum imzaladı

Azərbaycan Gimnastika Federasiyası ilə Belarus Gimnastika Assosiasiyası arasında gimnastika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalandı. Sənəd çərçivəsində tərəflər məşqçi və mütəxəssis mübadiləsi, birgə təlim-məşq toplanışları və turnirlərin təşkili, eləcə də gimnastikanın inkişafına yönəlmiş layihələrin həyata keçirilməsi üzrə əməkdaşlıq edəcəklər.

Memorandum qarşılıqlı təcrübə mübadiləsini genişləndirməyi və hər iki ölkədə gimnastikanın inkişafına töhfə verməyi hədəfləyir.

Müəllif: Bəhruz MƏMMƏDOV