ŞAHMATÇILARIMIZ ERMƏNİSTANI MƏĞLUB ETDİLƏR: KAÇ-2017
ESTAFET/ Xəbər verdiyimiz kimi, Yunanıstanın Krit adasında şahmat üzrə komandalararası Avropa Çempionatı davam edir. Azərbaycanın həm kişilər, həm də qadınlar arasında mübarizə aparacağı yarış noyabrın 6-dək davam edəcək. 
 
Bu gün çempionatda birgünlük istirahətin ardından 6-cı turun oyunları keçiriləcək. Kişilərdən ibarət millimiz prinsipal qarşılaşmaya çıxacaq. Belə ki, komandamızın rəqibi Ermənistan yığmasıdır.
 
Qadın şahmatçılarımız isə Rumıniya ilə görüşəcək. 
 
KAÇ-2017: KİŞİLƏR, VI TUR
 
Ermənistan - Azərbaycan  1,5:2,5  
Levon Aronyan (2801) - Şəhriyar Məmmədyarov (2791) 1:0
Sergey Movsesyan (2671) - Teymur Rəcəbov (2741) 0:1
Qabriel Sarqissyan (2657) - Arkadiy Naydiç (2702) 0,5:0,5
Hrant Melkumyan (2542) - Rauf Məmmədov (2678) 0:1
 
KAÇ-2017: QADINLAR, VI TUR
 

Azərbaycan - Rumıniya  1,5:2,5

Günay Məmmədzadə (2393) - İrina Bulmaqa (2423) 0,5:0,5
Zeynəb Məmmədyarova (2298) - Corina İzabella peptan (2399) 1:0
Ülviyyə Fətəliyeva (2348) - Elena Luminita Kosma (2333) 0:1

Xanım Balacayeva (2319) - Mihaela Sandu (2278) 0:1