TAEKVONDOÇULARIMIZ GÜNÜ MEDALSIZ BAŞA VURDULAR
ESTAFET/ Larnakada (Kipr) taekvondo üzrə gənclər arasında Avropa çempionatı davam edir. Bu gün yarışlarda 3-cü döyüş günü idi. Təəssüf ki, dayanq üzərinə çıxan 5 taekvondoçumuzdan heç biri fəxri kürsüyə qalxa bilməyib.
Nərgiz Mirzəyeva (46 kq), Leyla Məmmədova (59 kq) və Orxan Tağızadə (78 kq) ilk döyüşlərindəncə mübarizəni dayandırıblar. Onlar müvafiq olaraq fransız, rumın və serb taekvondoçularına məğlub olublar.
Həsən İbrahimov (73 kq) yunan taekvondoçusunu məğlub etsədə uğurun davamını gətirə bilməyib və ikinci döyüşündə italyana məğlub olub.
Ayaz Qənbərli (51 kq) isə ardıcıl olaraq Portuqaliya və Türkiyə təmsilçilərini məğlub edib. Lakin medal qazanmaq üçün gücü çatmayıb. 1/4 finalda rus taekvondoçuya məğlub olan Ayaz da çempionatı medalsız başa vurub.