SON GÜN DƏ MEDALSIZ QALDIQ: GAÇ-2017

ESTAFET/ Larnakada (Kipr) taekvondo üzrə gənclər arasında Avropa çempionatı davam edir. Bu gün yarışlarda 3-cü döyüş günü idi. Son gün də dayanq üzərinə çıxan taekvondoçularımızdan heç biri fəxri kürsüyə qalxa bilməyib.

 

Şəms Həsənova (63 kq), Samir Məhərrəmov (55 kq) və Niyazi Zülfüqarlı (68 kq) ilk döyüşlərindəncə mübarizəni dayandırıblar. Onlar müvafiq olaraq kipr, yunan və ispan taekvondoçularına məğlub olublar.

 

Sevda Pirseyidova (49 kq) fransız taekvondoçunu məğlub etsədə uğurun davamını gətirə bilməyib və ikinci döyüşündə serb idmançıya məğlub olub.

 

Bununla da gənclərdən ibarət taekvondo yığmamız 4 gün davam edən Avropa çempionatını 2 medalla başa vurub. Xəbər verdiyimiz kimi, çempionatın ilk günündə "Fərasət" Taekvondo Klubunun yetirməsi Bəhruz Quluzadə (45 kq) keçirdiyi 5 döyüşün hamısını qələbə ilə başa vuraraq Avropa çempionu adına sahib olmuşdu. Cavad Ağayev (63 kq) isə çempionatın bürünc medalını qazanmışdı.