MİLLİMİZİN OYUNU ESTONİYALI HAKİMLƏRƏ TAPŞIRILDI
ESTAFET/ AVRO-2019-un seçmə mərhələsində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti oyununa çıxacaq. Ağır Almaniya məğlubiyyətindən sonra millimiz Kosovo ilə qarşılaşacaq. Qrupda hələ ki, ilk xal(lar)ımızı qazana biləcəyimiz yeganə oyununu hakimlər briqadası müəyyənləşib.
UEFA bu qarşılaşma üçün Estoniyadan olan hakimləri göndərir.
Baş hakim: Romer Tarayev
Yan xətt hakimləri: Hannes Reynvald, Neeme Neemlayd
Ehtiyat hakim: Eyko Saar
Xatırladaq ki, Azərbaycan - Kosovo görüşü noyabrın 14-ü saat 18:00-da başlayacaq və "Dalğa Arena"da keçiriləcək.