ŞENNİKOV "QALATASARAY"IN MARAQ DAİRƏSİNDƏ
ESTAFET/ "Qalatasaray" Moskva MOİK-inin müdafiəçisi Georgi Şennikovun transferində maraqlıdır. Bu haqda FutbolArena məlumat verib.
Belə ki, türklər 26 yaşlı rus futbolçuya Kvadvo Asamoa variantının alternativi kimi baxırlar. "Yuventus"un ilin sonunda müqaviləsi başa çatacaq futbolçusunun transferi baş tutmayacağı təqdirdə "Qalatasaray" gələn ilin yayınadək ordu klubuna məxsus Şennikova elçi düşməyi planlayır. Qanalı Asamoa turinlilərin heyətində bu mövsüm 5 dəfə meydana çıxıb ki, bu da oyunçunu qane etmir və klubdan ayrılmağa hazırdı.