Karate hakimləri üçün seminar və imtahan keçiriləcək
ESTAFET/ Noyabrın 19-u saat 10:00-da "İnter Arena" İdman kompleksində Azərbaycan Milli Karate Federasiyasının təlim-məşq bazasında növbəti hakimlik seminarı və imtahan keçiriləcək.
Seminar və imtahan federasiyanın Hakimlər komitəsinin sədri, beynəlxalq hakim Cahangir Babayevin rəhbərliyi ilə keçiriləcək. Seminarda hakimlərin iştirakı vacibdir və geyim forması rəsmi olmalıdır. Seminardan sonra nəzəri və praktiki imtahanlar keşiriləcək.