FIDE QRAN PRİSİ, 4-CÜ MƏRHƏLƏ: III TUR
ESTAFET/ İspaniyanın Palma-de-Mayorka şəhərində FIDE Qran Pri seriyasının sonuncu - 4-cü mərhələsi davam edir. Xəbər verdiyimiz kimi, noyabrın 25-nədək davam edəcək turnirdə təmsilçimiz Teymur Rəcəbov da İddialılar turniri üçün mübarizə aparır.
Bu gün turnirdə 3-cü turun oyunları oynanılacaq. İlk iki turdan sonra Teymur 1,5 xalla 3 şahmatçı ilə birlikdə liderlər qrupundadı.
3-cü turda keçirilən qarşılaşmalar:
Rəcəbov - Qiri (Hollandiya) 0,5:0,5
Valyexo (İspaniya) - Qelfand (İsrail) 1:0
Tomaşevski (Rusiya) - Nakamura (ABŞ) 0,5:0,5
Dinq Liren (Çin) - Elyanov (Ukrayna) 0,5:0,5
Hammer (Norveç) - Svidler (Rusiya) 0:1
Rapport (Macarıstan) - Li Çao (Çin) 0,5:0,5
İnarkiyev (Rusiya) - Harikrişna (Hindistan) 0,5:0,5
Yakovenko (Rusiya) - Ryazantsev (Rusiya) 0,5:0,5
Vaşyer-Laqrav (Fransa) - Aronyan (Ermənistan) 0,5:0,5