YENİ MÖVSÜMDƏN YENİ LOQOTİPLƏ - FORMULA 1
ESTAFET/ Yeni mövsümdən Formula 1 həvəskarları artıq sevimli idman növünü yeni rəsmi loqotiplə izləyəcəklər. Belə ki, Əbu-Dabi Qran Prisinin yekununda Formula 1-in yeni loqotipi təqdim olunub. 23 ildir öz gözəl görünüşü ilə hər kəs tərəfindən qəbul edilən loqotip deyəsən Formula 1-in yeni sahiblərinin xoşuna gəlməyib.
Ümumiyyətlə isə, "Liberty Media" rəhbərliyi tərəfindən yeni mövsümün əvvəlinə çempionatın televiziya qrafiki də daxil olmaqla bütün stilinin dəyişdiriləcəyi bildirilib. Edilən bütün dəyişikliklərin 2018-ci ilin əvvəllərində, daha dəqiq mart ayında təqdim edilməsi planıaşdırılır.