"FİNALA KİMİ GETMƏK İSTƏYİRİK": YUNİS HÜSEYNOV
ESTAFET/ Futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinin "Kəpəz" - "Binə" oyunundan sonra mətbuat konfransı keçirilib. Mərhələ adlayan Gəncə klubunun baş məşqçisi Yunis Hüseynov oyun və kubokla bağlı fikirlərini bildirib:
"Qələbə qazanmaq üçün istəkli idik. Avropa Liqasına vəsiqə qazanmaq üçün ən yaxın yol kubokdur. Futbolçularla danışmışıq, kubokda bacardıqca irəli getmək istəyirik. Desək ki, çempionat oyunlarında hamını məğlub edib 2-ci və ya 3-cü yeri tutacağıq, bu, yalan olar. Amma kubokda şanslarımızı dəyərləndirmək fikrindəyik. Finala kimi getmək arzusundayıq. Təbii ki, bunun necə olacağını zaman göstərəcək. "Binə"yə qarşı oyunun ilk hissəsi xoşuma gəlmədi. Komanda zəif çıxış etdi. Səhvlərimiz çoxdur, bunun üzərində işləməli və əziyyət çəkməliyik. Rəqibdən xoşum gəldi, yaxşı komanda qurublar. Onlara uğurlar arzu edirəm".