FUTZALÇILARIMIZ RUSLARLA BACARMADI
ESTAFET/ İranın İsfahan şəhərində təşkil olunan "4 Top Nations" turnirində iştirak edən futzal üzrə Azərbaycan yığması bu gün ikinci oyununu keçirib. Bu dəfəki rəqib güclü Rusiya yığması olub. Yekunda yığmamız 3:4 hesabı ilə məğlub olub.
Komandamızın heyətində Kardosa Everton, Karvalho dos Santos və Villiams Oliveira do Nascimento fərqlənib.
Aktivində 1 xal olan futzalçılarımız növbəti oyununu dekabrın 6-da, Bakı vaxtı ilə saat 09:30-da Qazaxıstan yığmasına qarşı keçirəcək. Xatırladaq ki, ilk görüşündə meydan sahibləri ilə qarşılaşan yığmamız 3:3 hesablı bərabərliyə qalmışdı.