RİO-2016: MƏCİDOV GÜNÜ QƏLƏBƏ İLƏ BİTİRDİ

ESTAFET/ Rio rinqində dün ərzində döyüşə çıxan sonuncu boksçumuz Məhəmmədrəsul Məcidov da komanda yoldaşlarından geri qalmayıb. Belə ki, 1/ 16 final mərhələsində mərakeşli Mohammed Arjaonini sınağa çəkən superağır (+91 kq) çəkili boksçumuz çətinlik çəkmədən döyüşü öz xeyrinə başa vurub. Bununla da bu gün rinqə çıxan hır 3 boksçumuz qələbə qazanıb. 


1/8 final mərhələsində Məcidovun rəqibi bu şəkinin ən güclülərindən hesab edilən qazax boksçu İvan Diçko olacaq. Döyüş avqustun 13-də axşam seansında baş tutacaq.