SON TURUN ƏN YAXŞISI KİM OLACAQ?

ESTAFET/ Avropa Liqasında qrup mərhələsinin sonuncu turunun ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb. UEFA-nın rəsmi saytında bu ada 8 namizəd təqdim edilib:

 

Manuel Fernandes ("Lokomotiv"), Branislav İvanoviç ("Zenit"), Marin Aniçiç ("Astana"), Junior Moraes ("Dinamo" Kiyev), Oqnen Vraneş (AEK), Aris Aduris ("Atletik" Bilbao), Cek Uilşir ("Arsenal"), Harlem-Eddin Noerdi ("Styaua").


Azarkeşlər qitə futbol qurumunun rəsmi saytında keçirilən səsvermədə iştirak edərək, turun ən yaxşı oyunçusunu müəyyənləşdirəcək.