İNTİZAM KOMİTƏSİNİN YENİ QƏRARLARI
ESTAFET/ İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub.
Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Keşlə" - "Kəpəz" matçında "Keşlə" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Zirə" - "Neftçi" matçında "Zirə" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Qarabağ" - "Sumqayıt" matçının 88-ci dəqiqəsində "Sumqayıt" klubunun 1 №-li futbolçusu Fərhad Vəliyev sonuncu ümid fouluna görə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
I Divizionun XIII turunun "Binə" - "Zaqatala" matçında "Binə" və "Zaqatala" klublarının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunur (maddə 40).
Oyunun 10-cu dəqiqəsində "Binə" klubunun azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiklərinə görə 80 manat cərimə olunur (maddə 52).
I Divizionun XIII turunun MOİK - "Xəzər" matçında "Xəzər" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
I Divizionun XIII turunun “Ağsu” – “Turan Tovuz” matçının 75-ci dəqiqəsində “Ağsu” klubunun 14 №-li futbolçusu Əlimərdan Əlimərdanlı kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur (maddə 37.1).