FIDE - DÜNYA ŞAHMAT KUBOKUNDA İKİNCİ MƏRHƏLƏ

Bakıda keçirilən Şahmat üzrə FIDE Dünya Kubokunda bu gün ikinci mərhələnin Tay-brekləri oynanılır. İkinci mərhələdə mübarizə aparmaq hüququ qazanan şahmatçılarımızdan yalnız Qədir Hüseynov klassik görüşlərdə çex şahmatçı David Navaranı 1.5-0.5 hesabı ilə məğlub edərək üçüncü mərhələyə yüksəldi. Digər şahmatçılarımız - Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov isə klassik növdə hər iki görüşü heç-heçə edərək Tay-brekdə mübarizə aparmaq məcburiyyətində qaldılar. Bugün keçirilən Tay-brek görüşlərində Teymur Rəcəbov İsrail nümayəndəsi İlya Smirini hər iki görüşdə mat edərək növbəti mərhələyə yüksəldi. Şəhriyar Məmmədyarov isə qadınlar arasında Dünya çempionu çinli Xou İfanı iki görüşün cəmində 1.5-0.5 hesabı ilə məğlub edərək üçüncü mərhələyə yüksəldi.