RİO-2016: NİCAT RƏHİMOV REKORDLARLA OLİMPİYA ÇEMPİONU OLDU
ESTAFET/ Qazaxstanı təmsil edən azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimov Rioda Olimpiya çempionu olmaqla tarix yazdı. 2014-cü ildən Azərbaycandan imtina edərək Qazaxstanı seçən gənc idmançı keçən il Hyustonda (ABŞ) Dünya çempionu titulunu da qazanmışdı.
Burada isə Nicat rekordları yeniləməklə Olimpiya tarixinə düşdü. Belə ki, təkanlaqaldırma 214 kq, toplamda isə 379 kq çəkini ram edərək yeni Olimpiya rekordu müəyyənləşdirib. Təkanlaqaldırmadakı nəticə (214 kq) həmçinin yeni dünya rekordudur.
P.S. Azərbaycanda ağırlıqqaldırma və durumu haqda daha geniş yazı hazırlanacaq